
Dünyanın 1000 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli ilk monitoru təqdim edilib
Cihazlar+
17.05.2024
Emil
TCL şirkəti DisplayWeek 2024 konfransı çərçivəsində qeyri-adi monitorunu təqdim edib. Təqdim edilmiş monitorun qeyri-adiliyi isə ondadır ki, o, dünyanın 1000 Hz-lik təsvir yenilənməsinə sahib 4K keüyfiyyətli ekrana sahib ilk monitoru olub. Lakin bu mövzuda kiçik bir nüans var. Məsələ burasındadır ki, TCL-in təqdim etmiş olduğu monitorda 1000 Hz-lik təsvir yenilənməsi göstəricisi aparat təminatı səviyyəsində deyil, xüsusi proqram təminatı texnologiyası vasitəsilə əldə edilib. Məlumatda qeyd edilib ki, monitor ekranının 1000 Hz-lik təsvir yenilənməsi göstəricisini əldə etməsi üçün NVIDIA Ultra Low Motion Blur 2 (ULMB 2) adlı texnologiyadan istifadə edilib.

Bu texnologiya PWM (Pulse-width modulation) işıqlandırmasının çalışma tezliyini yüksəldir. Bunun hesabına ekranda heç bir bulanıq effekti olmadan parlaq və keyfiyyətli görüntü əks olunur. TCL bildirib ki, 360 Hz-lik təsvir yenilənməsinə sahib monitorda ULMB 2 texnologiyası təsvir yenilənməsi göstəricisini proqram təminatı səviyyəsində 1440 Hz-ə qaldıra, 250 Hz-lik təsvir yenilənməsinə sahib monitorda isə 1000 Hz-ə qaldıra bilər. TCL öz yeni monitorunun əsl təsvir yenilənməsi göstəricisini açıqlamayıb. Monitorun nə zaman və hansı qiymətə satışa çıxacağı da bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
