main-post-cover

    Dünyanın ən böyük mobil telefon kolleksiyası Ginnesin Rekordlar Kitabına düşüb

    Cihazlar+
    27.11.2023
    Emil Nəcəfov
         Ginnesin Rekordlar Kitabına yeni nailiyyət əlavə edilib. Söhbət, dünyanın ən böyük mobil telefon kolleksiyasından gedir. Sözügedən kolleksiyanın təqdim edilmiş fotosu özündə 3000-dən çox müxtəlif mobil telefonu birləşdirir. Məlumata əsasən yeni rekord 3 noyabr 2023-cü il tarixində qeydə alınmışdı. 3000-dən çox müxtəlif mobil telefonu özündə birləşdirən kolleksiyanın sahibi rumın vətəndaş Andrei Bilbie Argentis-dir. O, Rumıniyanın Kluj-Napoka adlı şəhərində yaşayır. Andrei Bilbie Argentis mobil telefonlar kolleksiyasını 2018-ci ildən yığmağa başlayıb. Ginnesin Rekordlar Kitabı nümayəndələrinin sözügedən kolleksiyanın sahibinə müraciət etdikləri zaman onun kolleksiyasında artıq 3456 ədəd müxtəlif mobil telefon mövcud idi. Təqdim edilmiş fotodan da görmək olar ki, mobil cihazlar Andrei Bilbie Argentis-in evində xüsusi stendlərdə yerləşirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər