Dünyanın ilk qatlana bilən smartfonunu təqdim etmiş şirkət iflas edib
Cihazlar+
13.06.2024
Emil Nəcəfov
Çinin qatlana bilən smartfonlar sahəsində fəaliyyət göstərmiş Royole Technologies şirkətinin kreditorları şirkətin iflas etməsi ilə bağlı sənədləri təqdim ediblər. Məlumata əsasən Royole Technologies şirkətinin iflası ilə bağlı sorğusu bu ilin 15 may tarixində Şençjen şəhər məhkəməsi tərəfindən qəbul edilib. Qeyd etmək lazımdır ki, sözügedən şirkət 2012-ci ildə Bill Liu tərəfindən təsis edilmişdi. Bill Liu öz növbəsində Stenford və Tsinxua Universitetlərində elektrotexnika sahəsi üzrə təhsil alıb. Royole Technologies şirkəti 2018-ci ildə dünyanın ilk qatlana bilən smartfonunu təqdim etmiş, 2019-cu ildə isə onun istehsalına start vermişdi. Söhbət, Royole FlexPai adlı qatlana bilən smartfondan gedir.
Qatlana bilən Royole FlexPai:
Nəticədə Royole Technologies şirkəti investorlardan heç də kiçik olmayan diqqəti əldə edə bilmişdi. Belə ki, o, işlək qatlana bilən smartfonun hazırlanması mövzusunda böyük və məşhur şirkətlərin hamısından tez davranmışdı. Bunun sayəsində Royole Technologies kreditor və investorlardan ümumilikdə 1.38 milyard dollar investisiya əldə etmişdi. İndi isə şirkətin iflası ilə bağlı sənədlərin təqdim edilməsindən sonra kreditorlar 13 sentyabr tarixində iclas keçirtməlidirlər. Nəticə etibarilə Royole Technologies şirkəti Huawei və Samsung kimi digər böyük şirkətlər tərəfindən olmuş rəqabət səbəbilə bu bazarda mövqelərini qoruyub saxlaya bilmədi. Digər şirkətlər üçün elastiki ekranların istehsalı mövzusunda da Royole Technologies digər böyük şirkətlərlə rəqabət apara bilmədi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!