
Ən güclü MacBook-dan belə daha güclü olan yeni iPad Pro təqdim edildi! - QİYMƏTİ
Cihazlar+
07.05.2024
Aslan
Apple qabaqcıl çipləri və son dərəcə incə quruluşu ilə diqqət çəkən iPad Pro modellərini təqdim etdi.

Apple-ın 7 May tarixində baş tutan tədbirində bəlkə də ən çox gözlənilən məhsulu olan iPad Pro, nəhayət təqdim edildi. iPod Nano-dan belə incə olması ilə seçilən planşet, OLED ekranlara sahib olsa da, diqqəti çəkən əsas məqam M4 çipi oldu. Daha əvvəl bildirilmişdi ki, Apple bu versiyada M4 çipinə keçəcək və nəhayət bu gözləntilər özünü doğrultdu. Cihazın xüsusiyyətləri hətta MacBook-ları da kölgədə qoymağı bacarıb.
Ekran | OLED, 11 düym və ya 13 düym, 1600 nit, 120 Hz |
Prosessor | Apple M4 |
Neyron prosessoru | Saniyədə 38 trilyon əməliyyat |
Yaddaş | 256GB/512GB/1TB/2TB |
Kamera | 12 MP - 12 MP geniş bucaqlı kamera |
Şəbəkə | 4G LTE, WiFi 6E, Bluetooth |

Yeni iPad Pro-lar əvvəlki nəsil cihazlarla müqayisədə 50% daha güclü prosessorlara malikdir və onların neyron prosessor blokları 38 trilyon əməliyyatı yerinə yetirməyə qadirdir. Bu mənada, Apple-ın süni intellekt sahəsində ciddi bir irəliləyiş əldə etməsini gözləmək olar. Yalnız 5,3 və 5,1 mm qalınlığında olan yeni iPad Pro-lar Ultra Retina XDR ekran paneli sayəsində işıq əksetdirmələrini də aradan qaldırır. iPad Pro-nun 11 düymlük versiyası 999 dollardan, 13 düymlük versiyası isə 1299 dollardan başlayır.
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
