Logo
    main-post-cover

    Exynos 2500 prosessorlu Galaxy S25+ smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    05.11.2024
    Emil
         Biz biraz əvvəl xəbər verdik ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra smartfonu Geekbench testlərindən keçib. İndi isə məlum olub ki, Geekbench testlərindən Galaxy S25 seriyasının daha bir modeli keçib. Söhbət, Galaxy S25+ smartfonundan gedir. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Geekbench-in məlumatlar bazasına əsasən smartfon S5E9955 kod adlı prosessor vasitəsilə çalışır. Bu isə hələ təqdim olunmamış Exynos 2500 prosessorunun kod adına uyğun gəlir.
         Bu olduqca maraqlı faktdır. Belə ki, son məlumat sızıntılarında qeyd edilib ki, bütün Galaxy S25 smartfonları Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalıdırlar. Buna görə də Geekbench testlərindən Exynos 2500 prosessoruna sahib Galaxy S25+ smartfonunun keçməsi qəribə haldır. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə Galaxy S25+ smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 2359 xal, çox nüvəli testi çərçivəsində isə 8141 xal toplayıb.
    Paylaş