main-post-cover

    Eynəklərsiz 3D vizual effektləri təmin edən Samsung Odyssey 3D monitoru təqdim edilib

    Cihazlar+
    21.08.2024
    Emil Nəcəfov
         Samsung şirkəti xüsusi eynəklərsiz 3D effektini təmin edən ilk gaming monitorunu təqdim edib. Yeni monitor Samsung Odyssey 3D adlanır. Qeyd etmək lazımdır ki, şirkət sözügedən monitoru ilk dəfə bu ilin əvvəlində baş tutmuş CES 2024 sərgisində sərgiləmişdi. Monitor istifadəçi baxışlarının izlənməsi özəlliyindən istifadə edərək 2D formatında olan vizual effektləri 3D formatındə əks etdirir. Samsung Odyssey 3D monitoru 2 versiyada təqdim edilib. Birinci versiya 27 düym ölçülü ekranı, ikinci versiya isə 37 düym ölçülü ekranı əldə edib.
         Hər iki versiyada ekran 165 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli Samsung QLED ekrandır. Monitorların ekranları AMD FreeSync Premium texnologiyasını dəstəkləyirlər və onların istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Monitor istifadəçi gözlərini iki ədəd kamera vasitəsilə izləyir və real zaman ərzində görüntünü ayarlayaraq istifadəçiyə 3D effektləri sərgiləyir. Monitor həmçinin 2D formatında olan kontentləri 3D formatına çevirə bilir. Samsung Odyssey 3D özündə HDMI 2.1 DisplayPort 1.4 girişlərini birləşdirir. Samsung bu yeni monitorunu ilin sonuna kimi satışa çıxartmağı planlaşdırır. Lakin onun hansı qiymətə satılacağı hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Samsung Galaxy A16 5G-nin hansı həcmdə batareyaya sahib olacağı məlum olub
    budceli-samsung-galaxy-a16-5g-nin-hansi-hecmde-batareyaya-sahib-olacagi-melum-olub
    Qatlana bilən Samsung Galaxy Z Fold 6 Slim smartfonu dözümlü arxa paneli əldə edə bilər
    qatlana-bilen-samsung-galaxy-z-fold-6-slim-smartfonu-dozumlu-arxa-paneli-elde-ede-biler
    Samsung Galaxy S25 Ultra-nın batareya həcmi və sürətli şarj texnologiyasının gücü məlum olub
    samsung-galaxy-s25-ultra-nin-batareya-hecmi-ve-suretli-sarj-texnologiyasinin-gucu-melum-olub
    Samsung Galaxy S25 smartfonlarından bəziləri fərqli adlara sahib ola bilərlər
    samsung-galaxy-s25-smartfonlarindan-bezileri-ferqli-adlara-sahib-ola-bilerler
    Samsung Galaxy Tab S10+ və S10 Ultra planşetlərinin vacib özəllikləri məlum olub
    samsung-galaxy-tab-s10-ve-s10-ultra-plansetlerinin-vacib-ozellikleri-melum-olub