Logo
    main-post-cover

    FCC Amazon-un peyk internet layihəsinə əlavə vaxt verdi

    Cihazlar+
    09.06.2026
    Sevinj
        ABŞ Federal Rabitə Komissiyası (FCC) Amazon-un peyk internet layihəsi olan Leo üçün müəyyən edilmiş vacib müddəti uzadıb. Qərara əsasən, şirkət artıq 2026-cı ilin iyul ayına qədər 1 600-dən çox peyki orbitə çıxarmaq məcburiyyətində olmayacaq. Əvvəlki plana görə Amazon 30 iyul 2026-cı il tarixinədək ümumilikdə 3 232 peykdən ibarət olacaq Leo qrupunun yarısını orbitə yerləşdirməli idi. Lakin şirkət raket çatışmazlığı və peyklərin dizaynında edilən dəyişikliklər səbəbindən bu hədəfə vaxtında çatmağın mümkün olmadığını bildirərək FCC-dən əlavə vaxt istəyib.
    Amazon launch 27 Leo satellites on a United Launch Alliance Atlas V rocket
        FCC müraciəti qəbul edərək bildirib ki, Amazon-un layihəsinin dəstəklənməsi ABŞ-də ikinci böyük peyk internet şəbəkəsinin formalaşmasına kömək edəcək. Qurumun fikrincə, qaydalara ciddi şəkildə əməl olunması Amazon-un xidmət imkanlarını məhdudlaşdıracaq və bu da istehlakçıların maraqlarına uyğun deyil. Qərara qarşı çıxan əsas tərəf isə Elon Musk-ın rəhbərlik etdiyi SpaceX olub. Şirkət FCC-ni rəqibinə xüsusi güzəşt göstərməkdə ittiham edib. SpaceX-in açıqlamasında qeyd olunub ki, Amazon son 6 il ərzində təsdiqlədiyi peyklərin cəmi 6 %-ni orbitə çıxara bilib.
        Amazon isə gecikmələrin səbəbinin peyklərin hazır olmaması deyil, onları daşımalı olan raket proqramlarında yaşanan problemlər olduğunu vurğulayıb. Şirkət bildirib ki, Ariane 6, New Glenn və Vulcan Centaur raketlərinin eyni vaxtda təxirə salınacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayıb. Bununla belə, FCC Amazon üçün müəyyən şərt də qoyub. Şirkət 31 iyul 2026-cı ildən sonra həyata keçirəcəyi buraxılışlarda əvvəlki prioritet statusunu itirəcək. Bu halda Amazon hər yeni missiyada peyklərinin digər operatorlara, xüsusilə də SpaceX-in Starlink sisteminə maneə yaratmayacağını sübut etməli olacaq.
     
    Paylaş