Logo
    Galaxy A16 5G smartfonu Samsung tarixində uzunmüddətli dəstəyi əldə edəcək ilk büdcəli smartfon ola bilər

    Galaxy A16 5G smartfonu Samsung tarixində uzunmüddətli dəstəyi əldə edəcək ilk büdcəli smartfon ola bilər

    Cihazlar+
    18.09.2024
         Samsung şirkəti bu ilin əvvəlində Galaxy S24 smartfonlarını təqdim edən zaman elan etmişdi ki, onlar 7 illik dəstək müddətinə sahib olacaqlar. Yəni sözügedən smartfonlar 7 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcəklər. Yay fəslində təqdim edilmiş Galaxy Z Fold 6Galaxy Z Flip 6 smartfonları da 7 illik dəstək müddətini əldə etdilər. İndi isə məlum olub ki, Samsung-un təqdimata hazırlaşan büdcəli smartfonlarından biri də uzunmüddətli dəstəyə sahib olacaq. Söhbət, Galaxy A16 5G smartfonundan gedir.
         Məlumata əsasən hələ təqdim edilməmiş bu smartfon Samsung tarixində 6 illik dəstək müddətinə sahib ilk büdcəli smartfonu ola bilər. Yəni nəticədə Galaxy A16 5G smartfonu 6 illik Android və təhlükəsizlik dəstəyini əldə edə bilər. Qeyd etmək lazımdır ki, Samsung-un daha öncəki büdcəli smartfonları yalnız 2 illik Android və təhlükəsizlik dəstəyini əldə edirdilər. Galaxy A16 5G-nin yaxın aylar ərzində təqdim olunacağı gözlənilir. Sözügedən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunmalı və Exynos 1330 MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışmalıdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Galaxy A16 5G smartfonu Samsung tarixində uzunmüddətli dəstəyi əldə edəcək ilk büdcəli smartfon ola bilər