main-post-cover

    Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində Galaxy AI adlı süni zəka ekosistemi barəsində maraqlı elanı bölüşüb. Şirkətin sözlərinə əsasən bu ilin sonuna kimi onun 200 milyon ədəd smartfonu Galaxy AI ekosisteminin dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy AI ekosistemi bu ilin əvvəlində Galaxy S24 smartfon seriyası çərçivəsində istifadəyə verildi. Elan edilmiş yeni statistik məqsəd isə ilin əvvəlindəki göstəricidən qat-qat böyükdür.
         Samsung-un bu addımı onun süni zəka texnologiyalarını öz istifadəçiləri üçün daha əlçatan etmək istədiyini göstərir. Galaxy AI ekosistemi öz növbəsində Samsung smartfonlarından istifadə təcrübəsinin yaxşılaşdırılmasına istiqamətlənmiş çoxlu sayda süni zəka funksiyalarını özündə birləşdirir. Şirkətin Galaxy AI ekosistemini daha çox smartfonda istifadəyə vermək istəməsi digər tərəfdən bu platformanın həmçinin orta büdcəli Samsung smartfonlarında da işə salınacağına işarə edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-buds-3-ve-buds-3-pro-naqilsiz-qulaqliqlari-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatları təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-watch-7-ve-galaxy-watch-ultra-smart-saatlari-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Ring smart üzüyü təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-ring-smart-uzuyu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-teqdim-olunub-qiymeti
    Samsung ikinci nəsil Galaxy Ring-i artıq patentləşdirib
    samsung-ikinci-nesil-galaxy-ring-i-artiq-patentlesdirib