Galaxy Note 20 Ultra-nın fotoları Samsung-un rəsmi saytında aşkar ediliblər

Galaxy Note 20 Ultra-nın fotoları Samsung-un rəsmi saytında aşkar ediliblər

Mobil Cihazlar
02.07.2020 PAYLAŞIM

    Galaxy Note 20 smartfon seriyasının təqdimatına hələ 1 aydan bir qədər çox vaxt qalıb. Lakin buna baxmayaraq Samsung şirkəti bu seriyaya daxil olacaq Galaxy Note 20 Ultra (və ya Galaxy Note 20+) modeli barəsində məlumat sızıntısına yol verib. Belə ki, Galaxy Note 20 Ultra modelinin fotoları Samsung-un Rusiya şöbəsi üzrə saytında aşkar edilib. Maraqlısı ondadır ki, həmin fotolar saytdakı Galaxy Note 8 bölməsində ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib.

    Aşkar edilmiş fotolardakı smartfon bir neçə müddət bundan öncə Galaxy Note 20 Ultra barəsində təqdim edilmiş render fotolardakı smartfona çox bənzəyir. Görünür, bunlar həqiqətən də Galaxy Note 20 Ultra modelinin rəsmi render fotolarıdır. Son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 865+ / Exynos 99 prosessoru, 16 GB RAM, 4500 mAh enerji tutumlu batareya, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və 5G dəstəyi ilə təchiz olunacaq.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi şirkəti Mi 10 Ultra flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Xiaomi şirkətinin 10 illiyi şərəfinə keçirilmiş böyük təqdimat tədbiri çərçivəsində şirkət Mi 10 Ult..


Məşhur insayder Huawei Mate 40 barəsində vacib məlumat verib

Məşhur insayder Evan Blass, Huawei şirkətinin təqdim olunacaq Mate 40 seriyası barəsində məlumatlar ..


Apple şirkəti daha bir iPhone 12 modelini satışa çıxarda bilər: Söhbət, hansı mo..

Wedbush Securities analitik şirkətinin məlumatlarına əsasən Apple şirkəti 4 ədəd deyil 5 ədəd iPhone..


Huawei Mate 40-ın texniki özəllikləri sızdırılıb

Huawei Mate 40 seriyasının təqdimatının yaxınlaşması ilə internetdə onun barəsində daha çox məlumat ..


Xiaomi rəhbəri Mi Mix Alpha smartfonunun satışa çıxıb-çıxmayacağı barəsində danı..

Pərəstişkarlar Xiaomi Mi Mix Alpha smartfon modelinin aqibəti barəsində soruşublar.


Xiaomi Mi 10 Ultra smartfonunun şəffaf versiyası ortaya çıxdı

Xiaomi şirkətinin üzərində işlədiyi Mi 10 Ultra modelinin şəffaf versiyasının şəkilləri ortaya çıxdı..

×