Logo
    Galaxy Note 20 və Note 20 Ultra smartfonlarının qiymətləri ortaya çıxıb

    Galaxy Note 20 və Note 20 Ultra smartfonlarının qiymətləri ortaya çıxıb

    Cihazlar+
    06.07.2020
      Gələn ay təqdim olunması gözlənilən Galaxy Note 20 smartfon seriyasının bir neçə gün bundan öncə dizayn fotoları ortaya çıxmışdı. İndi isə Ice Universe ləqəbli məşhur çinli insayder Galaxy Note 20 seriyası barəsində yeni məlumat sızıntısını təqdim edib. Belə ki, o öz Twitter hesabında bu seriyaya daxil olacaq iki smartfonun qiymətləri barəsində məlumat verib. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə insayderin verdyi məlumata əsasən adi Galaxy Note 20 modeli 999$ qiymətində satışa çıxacaq. Galaxy Note 20 Ultra modelinin qiyməti isə 1299$ təşkil edəcək. Bununla yanaşı insayder qeyd edib ki, Galaxy Note 20 seriyasının təqdimatı 5 avqust tarixində baş tutacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Galaxy Note 20 və Note 20 Ultra smartfonlarının qiymətləri ortaya çıxıb