
Gələn il Samsung Galaxy S25+ smartfonunun təqdim olunacağıan dair sübut aşkar edilib
Cihazlar+
05.07.2024
Emil
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfon seriyasında Galaxy S25+ modelini təqdim etməyəcək və seriya yalnız iki smartfondan təşkil ediləcək. Belə ki, IMEI məlumatlar bazasında Galaxy S25+ modelinə işarə edəcək məlumat aşkar edilməyib. Lakin yeni məlumatlar bu fikiri müəyyən mənada təkzib edirlər. GalaxyClub saytı öz növbəsində Galaxy S25 smartfon seriyası ilə bağlı 3 model nömrəsini aşkar edib.
Onlardan hər biri müəyyən Galaxy S25 modelinə məxsusdur. Aşkar edilmiş model nömrələri SM-S931, SM-S936 və SM-S938-dir. Birinci model nömrə adi Galaxy S25-ə, ikinci model nömrəsi Galaxy S25+-a, üçüncü model nömrəsi isə Galaxy S25 Ultra-ya aiddir. Galaxy S25+-a aid olan model nömrəsinin aşkar edilməsi sözügedən smartfonun mövcudluğunu təsdiqləyir. Lakin digər tərəfdən gələn ilin əvvəlinə kimi Samsung-un planlarında istənilən dəyişiklik baş verə bilər. Nəticədə bizləri Galaxy S25 smartfon seriyasında ənənəvi 3 model və ya əksinə 2 model gözləyə bilər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
