Logo
    main-post-cover

    Gələcək Samsung Galaxy Z Fold və Z Flip smartfonları daha nazik gövdəyə sahib olacaqlar

    Cihazlar+
    19.07.2024
    Emil
         Bir neçə müddət bundan öncə təqdim edilmiş qatlana bilən Samsung Galaxy Z Fold 6 smartfonunun Çin istehsalçılarının analoqları fonunda o qədər də nazik smartfon olmadığı bir vaxtda şirkət öz gələcək qatlana bilən smartfonlarının gövdələrini daha nazik hala salmağa hədəflənib. Şirkət gələcək Galaxy Z FoldZ Flip smartfonlarının gövdələrini Galaxy S seriyasının smartfonlarının gövdələri kimi nazik etmək istəyir. Verilmiş məlumata əsasən Samsung-un mobil şöbəsinin rəhbəri şirkət mühəndislərinə olduqca nazik gövdəyə sahib qatlana bilən smartfonun hazırlanması tapşırığını verib.
        Qeyd etmək lazımdır ki, son Galaxy S smartfonları 7.6 mm-dən 8.4 mm-ə kimi qalınlığa sahib gövdələri özlərində birləşdirirlər. Samsung öz növbəsində bu cür qalınlıq göstəricilərini qatlana bilən smartfonlarında əldə etmək istəyir. Son məlumat sızıntılarına əsasən Samsung hal-hazırda Galaxy Z Fold 6-nın Ultra versiyası üzərində çalışır. Onun 10 mm qalınlığında gövdəyə və 8 düym ölçülü daxili ekrana sahib olacağı gözlənilir. Bunun sayəsində Samsung artıq müəyyən müddət ərzində olduqca nazik gövdəyə sahib qatlana bilən smartfonları istehsal edən Çin şirkətləri ilə rəqabət apara biləcək. Qeyd etmək lazımdır ki, yenicə təqdim edilmiş Galaxy Z Fold 6 smartfonunun gövdəsinin qalınlığı qatlanmış vəziyyətdə 12.1 mm təşkil edir.
    Paylaş