main-post-cover

    Gələn ilki OnePlus Nord 4 barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    16.10.2023
    Emil Nəcəfov
         Son zamanlarda qatlana bilən OnePlus Open OnePlus 12 flaqman smartfonları barəsində olduqca çoxlu məlumat ortaya çıxıb. Nəticədə sözügedən smartfonlar barəsində demək olar artıq hər şey məlumdur. Bu səbəbdən də artıq indidən OnePlus-ın gələn il üçün nəzərdə tutulmuş smartfonları barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Artıq məlumdur ki, şirkət OnePlus Ace 3 üzərində çalışır. Lakin şirkət dəqiq şəkildə onun bir qədər sadələşdirilmiş versiyası olacaq OnePlus Ace 3V-ni də hazırlayır.
         OnePlus 3V öz növbəsində qlobal bazarda böyük ehtimal ilə OnePlus Nord 4 adı ilə satışa çıxacaq. Digital Chat Station ləqəbli məşhur insayder isə OnePlus Nord 4-ün vacib texniki göstəricisi barəsində məlumat verib. Söhbət, smartfonun əldə edəcəyi prosessordan gedir. İnsayderin sözlərinə əsasən OnePlus Nord 4-də şirkət MediaTek şirkətinin prosessorundan istifadəsindən imtina edəcək.
         Bunun yerinə OnePlus Nord 4 smartfonu TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Sözügedən prosessor hələ təqdim edilməyib. Bununla yanaşı insayder bildirib ki, smartfon 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq. OnePlus Nord 4-ün gələn ilin birinci və ya ikinci yarısında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər