
Geniş formatlı TCL Thunderbird Q9 gaming monitoru təqdim edilib - QİYMƏTİ
TCL şirkəti öz yeni geniş formatlı gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru TCL Thunderbird Q9 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB Type-B, Type-C, Type-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. TCL Thunderbird Q9 artıq Çində satışa çıxıb və onun qiyməti 560$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş