Logo
    main-post-cover

    Gmail istifadəçi adını dəyişmək mümkün olacaq

    Cihazlar+
    02.04.2026
    Sevinj
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google uzun illərdən sonra Gmail istifadəçiləri üçün mühüm bir yeniliyi istifadəyə verib. Artıq bəzi istifadəçilər e-poçt ünvanlarının “@gmail.com” hissəsindən əvvəl gələn istifadəçi adını dəyişə biləcəklər.
        Şirkət ilk dəfə Gmail xidmətini 2004-cü ilin 1 aprel tarixində təqdim etmişdi. Aradan 22 il keçdikdən sonra bu funksiyanın aktivləşdirilməsi xüsusilə gənc yaşlarında seçdikləri istifadəçi adından narazı qalanlar üçün sevindirici xəbərdir.
        Yeni funksiyaya əsasən, istifadəçi adını dəyişsəniz belə, hesabınızdakı bütün məlumatlar, e-maillər, fayllar və digər kontent olduğu kimi qalacaq. Həmçinin, köhnə e-poçt ünvanınıza göndərilən məktublar da avtomatik olaraq yeni ünvanınızın inbox bölməsinə gəlməyə davam edəcək.
        Hazırda bu yenilik yalnız ABŞ-dəki Gmail istifadəçiləri üçün əlçatandır. İstifadəçi adını dəyişmək üçün hesab ayarlarına daxil olub “Personal info” (Şəxsi məlumatlar), daha sonra “Email” və “Google Account email” bölməsinə keçmək lazımdır. Əgər hesab uyğundursa, “Change Google Account email” seçimi aktiv olacaq.
        Qeyd edək ki, istifadəçilər bu dəyişikliyi yalnız 12 ayda bir dəfə edə bilərlər. Buna görə də yeni istifadəçi adını seçərkən diqqətli olmaq tövsiyə olunur.
    Paylaş