Logo
    main-post-cover

    Google Pixel 10 Pro XL-in ilk render fotoları təqdim edilib

    Cihazlar+
    13.03.2025
    Emil
         OnLeaks ləqəbli məşhur insayder Google tərəfindən hazırlanan Pixel 10 smartfon seriyası barəsində məlumat verməyə davam edir. İnsayder artıq Pixel 10Pixel 10 Pro modellərinin render fotolarını təqdim edib. İndi isə o, Pixel 10 Pro XL modelinin ilk render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Pixel 10 Pro XL smartfonu ümumilikdə özündə keçən ilki Pixel 9 Pro XL modelinin dizaynını birləşdirəcək.
    Yeni smartfon yastı gövdə dizaynını əldə edəcək. İnsayder bildirib ki, Pixel 10 Pro XL-in uzunluğu 162.7 mm, eni 76.6 mm, gövdə qalınlığı isə 8.5 mm təşkil edəcək. Məlumatda qeyd edilib ki, Pixel 10 Pro XL smartfonu 6.8 düym ölçülü ekranla təchiz olunacaq. Beləliklə bu, Pixel 10 seriyasının ən böyük ekranlı modeli olacaq. Belə ki, Pixel 10 və Pixel 10 Pro-nun 6.3 düym ölçülü ekranı əldə edəcəyi gözlənilir. Pixel 10 seriyasının bu ilin ikinci yarısında təqdim olunacağı güman edilir.
    Paylaş