Google Pixel 7a smartfonu təqdim olunub - QİYMƏTİ

Google Pixel 7a smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
11.05.2023 PAYLAŞIM

    Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində ilk qatlana bilən smartfonu Pixel Fold ilə yanaşı həmçinin Pixel 7a smartfonunu da təqdim edib. Təqdim edilmiş Pixel 7a modeli xarici görünüşcə demək olar keçən ilki Pixel 7 ilə eynidir. Lakin yeni smartfonda ekran ölçüsü bir qədər kiçikdir. Belə ki, Pixel 7a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunur.


    Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Google Tensor G2 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP ikili arxa kamera, 13 MP-lik ön kamera və 20 vatt gücündə sürətli şarj texnologiyalı 4385 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 18 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Pixel 7a Android 13 vasitəsilə çalışır. Onu da qeyd etmək lazımdır ki, smartfonun komplektində şarj adapteri yoxdur. Qutuda yalnız USB Type-C naqili mövcuddur. Buna görə də alıcılar şarj adapterini ayrıca almalı olacaqlar. Pixel 7a artıq 500$ qiymətində satışa çıxıb.



DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×