
Google Play Console Samsung Galaxy A35 5G-nin bəzi texniki göstəricilərini təsdiqləyib
Cihazlar+
16.02.2024
Emil
Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy A35 5G smartfonu Google Play Console-da ortaya çıxıb. Bunun sayəsində smartfonun əsas texniki göstəriciləri təsdiqlənib. Beləliklə məlumata əsasən Galaxy A35 5G smartfonu 2340x1080 piksel keyfiyyətli ekranı əldə edəcək. Bununla yanaşı smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışacaq və özündə ARM Mali G68 qrafik çipini birləşdirəcək. Google Play Console-da qeyd edilib ki, Galaxy A35 5G 6 GB RAM ilə təchiz olunacaq. Üstəlik təsdiqlənib ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Galaxy A35 5G-nin yaz fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
