
Google TV-yə sahib MSI Modern MD272UPSW smart monitoru təqdim edilib
Cihazlar+
20.02.2025
Emil
MSI şirkəti Google TV əməliyyat sisteminə sahib Modern MD272UPSW adlı smart monitorunu təqdim edib. Bu yeni monitor iş, əyləncə və yaradıcılıq üçün geniş imkanları təklif edir. MSI Modern MD272UPSW monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir.

Ekran sRGB rəng diapazonunun 127%-ni, DCI-P3 rəng diapazonunun 98%-ni, Adobe RGB rəng diapazonunun isə 94%-ni əhatə edir. Google TV əməliyyat sistemi sayəsində Netflix, YouTube, Prime Video və s. kimi servislər istifadəçi üçün əlçatan olur. Monitor üstəlik özündə Dolby Atmos dəstəkli 3 vatt gücündə səsgücləndiriciləri birləşdirir. Monitor HDMI (2.0b), DisplayPort, USB 2.0 Type-A, USB Type-C, Ethernet girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. MSI Modern MD272UPSW-nun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
MSI MAG 273QP gaming monitoru təqdim edilib
MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 273QP adlanır.

Cihazlar+
Yüksək təsvir yenilənməsinə sahib MSI MAG 275QF X32 gaming monitoru təqdim edilib
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru MSI MAG 275QF X32 adlanır. Bu yeni monitor ekranının yüksək təsvir yenilənməsi ilə seçilir.

Cihazlar+
MSI yeni portativ oyun konsolu üzərində çalışır
Portativ oyun konsolları bazarında indiyədək belə güclü rəqabət olmayıb. Nintendo Switch və Steam Deck kimi portativ oyun konsollarının böyük uğur qazanmalarından sonra bazarda Lenovo Legion Go, MSI Claw, ASUS ROG Ally kimi digər portativ oyun konsolları da satışa çıxdılar.

Cihazlar+
MSI MPG 272QR QD-OLED X50 gaming monitoru təqdim edilib
MSI şirkəti daha bir yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş ikinci gaming monitor MSI MPG 272QR QD-OLED X50 adlanır və o, yüksək təsvir yenilənməsinin dəstəyi ilə seçilir.

Cihazlar+
MSI MPG 325CQRXF gaming monitoru təqdim edilib
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 325CQRXF adlanır.
Ən çox oxunanlar

Yeni fotolar iPhone 17 Pro modellərindəki dizayn dəyişikliyini əks etdirirlər
