GTA 6-dan gameplay görüntüləri sızdırıldı
Grand Theft Auto VI-nın yeni rəsmi təqdimatına bir neçə gün qalmış oyuna aid olduğu iddia edilən yeni gameplay görüntüləri və xəritə internetə sızdırılıb. Rockstar Games isə görüntüləri paylaşan səhifə və istifadəçilərə qarşı müəllif hüquqları əsasında silinmə tələbləri göndərməyə başlayıb. Söhbət təxminən bir dəqiqəlik iki gameplay videosundan və GTA 6-nın keçdiyi Leonida ştatının xəritəsini göstərən bir görüntüdən gedir. Materialların həqiqiliyi Rockstar tərəfindən təsdiqlənməsə də, videolardakı bəzi məkanlar şirkətin daha əvvəl yayımladığı rəsmi GTA 6 görüntüləri ilə üst-üstə düşür.
Sızdırılmış xəritə Leonidanın ABŞ-nin Florida ştatından ilhamlandığını bir daha göstərir. Xəritənin şərqində Miami əsasında yaradılmış böyük şəhər, qərb və şimal hissələrində geniş yaşıllıq ərazilər, cənubda isə Florida Keys-i xatırladan çoxsaylı adalar görünür. Bununla belə, sızdırılan materiallara ehtiyatla yanaşmaq lazımdır. Onların hansı mərhələdə hazırlanmış GTA 6 versiyasından götürüldüyü və final oyunda bu mexanikaların hamısının olub-olmayacağı məlum deyil.
Paylaş