main-post-cover

    Hazırlanan OnePlus 13R-in bəzi texniki imkanları açıqlanıb

    Cihazlar+
    24.09.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti OnePlus 13 ilə yanaşı onun OnePlus 13R adlı versiyası üzərində də çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OnePlus 13R barəsində bəzi məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən OnePlus 13R smartfonu böyük ehtimal ilə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və BOE şirkətinin 1.5K keyfiyyətli LTPO ekranını əldə edəcək.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, OnePlus 13R-in gövdəsi plastik materialdan hazırlanacaq. Gözləntilərə əsasən smartfon 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Heç istisna deyil ki, OnePlus 13R 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı əldə etsin. Qeyd etmək lazımdır ki, OnePlus 13R bu ilin sonuna gözlənilən OnePlus Ace 5 smartfonlarından birinin qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli OnePlus Nord Buds 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-oneplus-nord-buds-3-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Hələ təqdim olunmamış OnePlus 13 smartfonu Geekbench-də iPhone 16-dan daha yüksək nəticələr sərgiləyib
    hele-teqdim-olunmamis-oneplus-13-smartfonu-geekbench-de-iphone-16-dan-daha-yuksek-neticeler-sergileyib
    OnePlus Ace 5 və Ace 5 Pro barəsində növbəti təfərrüatlar təqdim edilib
    oneplus-ace-5-ve-ace-5-pro-baresinde-novbeti-teferruatlar-teqdim-edilib
    OnePlus 13-ün nə zaman təqdim ediləcəyi rəsmi şəkildə açıqlanıb
    oneplus-13-un-ne-zaman-teqdim-edileceyi-resmi-sekilde-aciqlanib
    OnePlus 13-ün əsas arxa kamerası barəsində məlumat verilib
    oneplus-13-un-esas-arxa-kamerasi-baresinde-melumat-verilib