main-post-cover

    Heç gözlənilməyən yerdən Samsung Galaxy Ring smart üzüyü barəsində yeni məlumatlar ortaya çıxıblar

    Cihazlar+
    10.06.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy Ring adlı smart üzüyünü bu ilin yanvar ayında anons etmiş və fevral ayında baş tutmuş MWC 2024 sərgisi çərçivəsində sərgiləmişdi. Lakin sözügedən smart üzüyün tam təqdimatı hələ baş tutmayıb. Bununla belə Galaxy Ring barəsində yeni məlumatlar heç gözlənilmədən Samsung-un təşəbbüslüyü ilə keçirilən məhkəmə işində ortaya çıxıblar. Belə ki, Samsung smart üzük ilə bağlı hər hansısa hüquq qanununu pozmadığına dair bəyanedici qərarın əldə olunması yolunda məhkəmə işinin aparılmasına təşəbbüs edib. Faktiki olaraq şirkət öz məhsulunun smart üzüklər sahəsinin ilk şirkətlərindən biri olan Oura-nın patentlərini pozmadığına dair hüquqi təsdiqi əldə etməyə çalışır.
         Məhkəməyə təqdim edilmiş sənədlərdəki məlumatlarda qeyd edilib ki, Galaxy Ring-in hazırlanma prosesi artıq yekunlaşıb və onun kütləvi istehsalına bu ayın ortasında start veriləcək. Məlumatda həmçinin qeyd edilib ki, smart üzük avqust ayında satışa çıxacaq. Bu, Samsung-un iyul ayında Galaxy Unpacked 2024 təqdimat tədbirini keçirəcəyinə işarə edir. Galaxy Ring də məhz həmin tədbirdə təqdim oluna bilər. “Galaxy WatchSamsung Health tətbiqi də daxil olmaqla səhhətin monitorinqi texnologiyalarına və fitnesə edilmiş böyük investisiyalara əsaslanaraq Galaxy Ring smart üzüyü ürək döyüntüsü tezliklərini və qandakı oksigen miqdarını ölçə, yuxu keyfiyyətini monitorinq edə və istifadəçi hərəkətini təyin edə bilir” - deyə sənədlərdə qeyd edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 6-nın kameralarında heç bir ciddi dəyişiklik olmayacaq
    samsung-galaxy-z-fold-6-nin-kameralarinda-hec-bir-ciddi-deyisiklik-olmayacaq
    Samsung Galaxy A05s və Galaxy F23 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a05s-ve-galaxy-f23-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung xüsusi kampaniya çərçivəsində Galaxy Watch FE-ni hədiyyə kimi təklif edir
    samsung-xususi-kampaniya-cercivesinde-galaxy-watch-fe-ni-hediyye-kimi-teklif-edir
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə edəcəklər
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-smartfonlari-galaxy-ai-ekosisteminin-suni-zeka-funksiyalarini-elde-edecekler
    Samsung Galaxy Watch 7 və Watch 7 Ultra-nın texniki imkanları təqdim edilib
    samsung-galaxy-watch-7-ve-watch-7-ultra-nin-texniki-imkanlari-teqdim-edilib