Logo
    main-post-cover

    Hələ təqdim edilməmiş Moto G85-in texniki imkanları açıqlanıb

    Cihazlar+
    31.05.2024
    Emil
         Motorola-nın hələ təqdim edilməmiş Moto G85 adlı smartfonunun render fotoları bir neçə gün bundan öncə ortaya çıxmışdılar. İndi isə insayderlər sözügedən yeni smartfonun texniki imkanları barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Moto G85 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym pOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək.
         Kameralar mövzusunda Moto G85 smartfonu 50 MP (optik stabilizasiya) + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə insayderlər bildiriblər ki, smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, smartfon özündə iki SIM kart girişi ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirəcək. Moto G85-in yay fəslinin sonunda təqdim ediləcəyi gözlənilir.
    Paylaş