Logo
    main-post-cover

    Hələ təqdim olunmamış OnePlus 13 smartfonu Geekbench-də iPhone 16-dan daha yüksək nəticələr sərgiləyib

    Cihazlar+
    11.09.2024
    Emil
          OnePlus şirkəti yaxın zamanda OnePlus 13 smartfon seriyasını təqdim etməlidir. Bu, artıq gələn ay baş tuta bilər. İndi isə məlum olub ki, OnePlus 13 smartfonu Geekbench testlərindən keçib. Geekbench testlərində cihazın model nömrəsi qismində PJZ110 qeyd edilib. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən bu məhz OnePlus 13-dür. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3236 xal, çox nüvəli testi çərçivəsində isə 10 049 xal toplayıb.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, bu nəticələr A18 prosessoruna sahib iPhone 16-nın Geekbench nəticələrindən daha yüksəkdir. Belə ki, iPhone 16 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 3114 xal, çox nüvəli testi çərçivəsində isə 6666 xal toplayır. Heç şübhəsiz OnePlus 13-ün belə yüksək nəticələr sərgiləməsində əsas səbəbkar Snapdragon 8 Gen 4 prosessorudur.
    Paylaş