Logo
    main-post-cover

    Hələ təqdim olunmamış Samsung Galaxy A26 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    21.10.2024
    Emil
         Samsung hal-hazırda Galaxy A seriyasının bir neçə yeni smartfonu üzərində çalışır. Onların arasında Galaxy A26 5G də var. İndi isə məlum olub ki, Galaxy A26 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən sözügedən smartfon Exynos 1280 prosessorunun 2.6 GHz tezlikdə çalışan versiyasını əldə edəcək.
         Bu isə smartfonun daha yüksək performansa sahib olacağından xəbər verir. Qeyd etmək lazımdır ki, Exynos 1280-in standart versiyası 2.4 GHz tezlikdə çalışır. Galaxy A26 5G-nin Geekbench testlərindən 6 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, bu yeni smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 807 xal, çox nüvəli testi çərçivəsində isə 1946 xal toplayıb. Çox güman ki, Galaxy A26 5G gələn ilin əvvəlində təqdim olunacaq.
    Paylaş