main-post-cover

    Hələ təqdim olunmamış Samsung Galaxy M35-in xarici görünüşü və bəzi texniki göstəriciləri ortaya çıxıblar

    Cihazlar+
    15.05.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin hələ təqdim olunmamış Galaxy M35 smartfonu Google Play Console servisinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində sözügedən smartfonun xarici görünüşü və bəzi texniki göstəriciləri məlum olub. Beləliklə ortaya çıxmış fotoya əsasən Galaxy M35 smartfonu yastı gövdəyə və ekrana sahib olacaq. Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə 3 ədəd kamera obyektivi mövcud olacaq.
         Smartfon xarici görünüş baxımından ümumilikdə Galaxy A seriyasının son modellərini xatırladır. Texniki göstəricilərə gəldikdə isə Google Play Console-da olan məlumatlara əsasən Galaxy M35 smartfonu Exynos 1380 prosessoru vasitəsilə çalışacaq və özündə 6 GB RAM-ı birləşdirəcək. Qeyd etmək lazımdır ki, mart ayında təqdim edilmiş Galaxy A35 də sözügedən prosessor vasitəsilə çalışır. Üstəlik məlum olub ki, Galaxy M35 smartfonu qutudan Android 14-ü əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən isə smartfon özündə 6.6 düym ölçülü AMOLED ekranı və 50 MP-lik əsas arxa kameranı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Watch 7 smart saatları tamamilə yeni prosessor vasitəsilə çalışacaqlar
    samsung-galaxy-watch-7-smart-saatlari-tamamile-yeni-prosessor-vasitesile-calisacaqlar
    Sasmung Galaxy Tab S9 FE və Tab S9 FE+ planşetləri OneUI 6.1 istifadəçi interfeysini əldə etməyə başlayıblar
    sasmung-galaxy-tab-s9-fe-ve-tab-s9-fe-plansetleri-oneui-61-istifadeci-interfeysini-elde-etmeye-baslayiblar
    Samsung Galaxy S25 Ultra-da kameraların sayı azala bilər!
    samsung-galaxy-s25-ultra-da-kameralarin-sayi-azala-biler
    Samsung qatlana bilən Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv etmiş ola bilər
    samsung-qatlana-bilen-galaxy-z-fold-6-nin-budceli-versiyasini-legv-etmis-ola-biler
    Samsung Galaxy S21 FE və Galaxy A54 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-s21-fe-ve-galaxy-a54-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar