Logo
    main-post-cover

    Hisense 27G7K-PRO gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.04.2024
    Farid
         Televizor istehsalçısı Hisense şirkəti mini-LED texnologiyalı ekrana sahib ən münasib qiymətli gaming monitorunu təqdim edib. Şirkətin bu gaming monitoru Hisense 27G7K-PRO adlanır. Beləliklə sözügedən monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Ekran özündə mini-LED texnologiyasını birləşdirir. Monitor HDR 1000 sertifikatına və AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitorun arxa panelində həmçinin dairəvi formalı RGB işıqlandırma da var. Hisense 27G7K-PRO HDMI, DiplayPort 1.4 USB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə noutbukları şarj etmək mümkündür. Bunun üçün USB-C girişi 90 vatt çıxış gücünə sahibdir. Monitor artıq Çində satışa çıxıb və 510$-a satılır. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər