
Hisense 34G6K Ultra gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.07.2025
Emil
Hisense şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Hisense 34G6K Ultra adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 125%-ni, DCI-P3 rəng diapazonunun isə 97%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 3 vatt gücündə iki ədəd səsgücləndiricini birləşdirir. Hisense 34G6K Ultra artıq Çində satışa çıxıb və onun qiyməti 237$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
