Logo
    main-post-cover

    HMD Global-ın Ridge Pro adlı yeni smartfonunun render fotosu ilə texniki imkanları ortaya çıxıblar

    Cihazlar+
    14.06.2024
    Emil
         HMD Global şirkətinin öz brendi altında hələ təqdim etmədiyi HMD Ridge adlı smartfonun dünən render fotosu ilə texniki imkanları ortaya çıxmışdılar. İndi isə internetdə sözügedən smartfonun Pro versiyasının render fotosu ilə texniki imkanları ortaya çıxıblar. Ortaya çıxmış render fotodan da görmək olar ki, HMD Ridge Pro smartfonu yastı gövdəni və ekranı əldə edəcək. Onun ekranı üzərində isə kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində üç ədəd kamera yerləşəcək.
         Məlumatlarda qeyd edilib ki, HMD Ridge Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.64 düym ölçülü IPS ekranla təchiz olunacaq. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda smartfon 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 50 MP-lik ön kameraya sahib olmalıdır. Batareyaya gəldikdə isə məlumata əsasən HMD Ridge Pro 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki, sözügedən smartfon artıq gələn ay təqdim olunacaq.
     
    Paylaş