main-post-cover

    HMD Global-ın Ridge adlı yeni smartfonunun render fotosu və texniki imkanları ortaya çıxıblar

    Cihazlar+
    13.06.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti öz brendi altında ilk smartfonlarını artıq təqdim edib və növbəti yeni smartfonlar üzərində çalışmağa davam edir. Bir neçə gün bundan öncə HMD Skyline smartfonu, dünən isə HMD Atlas smartfonu barəsində məlumatlar ortaya çıxdı. İndi isə şirkətin daha bir smartfonunun render fotosu ilə texniki imkanları ortaya çıxıblar. Söhbət, HMD Ridge adlı smartfondan gedir. Bu smartfonun ortaya çıxmış render fotosundan belə qəanətə gəlmək olar ki, o, xarici görünüşcə demək olar HMD Atlas-a bəznəyəcək. Belə ki, HMD Atlas kimi HMD Ridge də yastı gövdəni və ekranı əldə edəcək. Onun ekranı üzərində həmçinin kiçik dairəvi çıxıntı yerləşəcək.
         Smartfonun arxa panelində isə düzbucaq formalı kamera sahəsi mövcud olacaq. Lakin HMD Atlas-dan fərqli olaraq HMD Ridge adlı smartfonun arxa paneli xüsusi naxışlar ilə bəzənəcək. Texniki göstəricilərə gəldikdə, sözügedən yeni smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.64 düym ölçülü IPS LCD ekranla təchiz olunacaq və üstəlik ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon Snapdragon 480+ prosessoru vasitəsilə çalışacaq və özündə 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Batareyaya gəldikdə isə HMD Ridge 5000 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Bu yeni smartfon HMD Skyline və HMD Atlas ilə birlikdə artıq gələn ay təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global-ın Atlas adlı smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    hmd-global-in-atlas-adli-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib
    HMD Global-ın keçmiş Nokia dizaynı tərzində yeni smartfonunun fotosu ortaya çıxıb
    hmd-global-in-kecmis-nokia-dizayni-terzinde-yeni-smartfonunun-fotosu-ortaya-cixib
    Büdcəli HMD Aura smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-hmd-aura-smartfonu-teqdim-edilib-qiymeti
    HMD Global şirkəti Nokia Lumia dizaynında yeni smartfonu üzərində çalışır
    hmd-global-sirketi-nokia-lumia-dizayninda-yeni-smartfonu-uzerinde-calisir
    HMD Global öz brendi altında HMD T21 adlı planşetini təqdim edib - QİYMƏTİ
    hmd-global-oz-brendi-altinda-hmd-t21-adli-plansetini-teqdim-edib-qiymeti