main-post-cover

    HMD Global öz brendi altında HMD T21 adlı planşetini təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    16.05.2024
    Emil Nəcəfov
         Bir neçə saat bundan öncə HMD Global şirkəti öz brendi altında yeni smartfonunu təqdim etdi. Söhbət, HMD XR21-dən gedir. İndi isə şirkət öz brendi altında planşetini təqdim edib. Şirkət tərəfindən təqdim edilmiş planşet HMD T21 adlanır. HMD Global-ın bu planşeti böyük ölçülü ekranı, böyük həcmli batareyanı və stilus dəstəyini əldə edib. Beləliklə HMD T21 planşeti 2000x1200 piksel keyfiyyətli 10.3 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 360 nit təşkil edir. Bununla yanaşı ekran aşağı saviyyədə zərərli göy işığa sahib olduğunu təsdiqləyən SGS Low Blue Light sertifikatını özündə birləşdirir.
         Planşet üstəlik naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Onun gövdəsi alüminium materialdan hazırlanıb. Planşetin qalınlığı 7.5 mm, çəkisi isə 467 qramm təşkil edir. HMD T21 planşeti Unisoc T612 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda cihaz 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 18 vatt gücündə sürətli şarj texnologiyalı 8200 mAh enerji tutumlu batareyaya sahibdir. HMD T21 artıq satışa çıxıb və onun qiyməti 300 avro təşkil edir. Planşetin komplektinə stilus daxil deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global öz brendi altında yeni smartfonu HMD XR21-i təqdim edib - QİYMƏTİ
    hmd-global-oz-brendi-altinda-yeni-smartfonu-hmd-xr21-i-teqdim-edib-qiymeti
    HMD Global öz brendi altında Snapdragon prosessoruna sahib yeni smartfon üzərində çalışır
    hmd-global-oz-brendi-altinda-snapdragon-prosessoruna-sahib-yeni-smartfon-uzerinde-calisir
    Büdcəli HMD Vibe smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-hmd-vibe-smartfonu-teqdim-edilib-qiymeti
    HMD Pulse, Pulse+ və Pulse Pro smartfonları təqdim edilib - QİYMƏTİ
    hmd-pulse-pulse-ve-pulse-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    HMD Pulse Pro smartfonunu nə zaman və hansı qiymətə satışa çıxacağı məlum olub
    hmd-pulse-pro-smartfonunu-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-melum-olub