Logo
    main-post-cover

    HMD Pulse Pro smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    18.04.2024
    Farid
         OnLeaks ləqəbli məşhur insayder HMD Global şirkətinin öz brendi altında hazırladığı HMD Pulse adlı smartfonun render fotolarını bir neçə gün bundan öncə təqdim etmişdi. İndi isə həmin insayder HMD Pulse Pro smartfonunun render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, HMD Pulse Pro modeli xarici görünüşcə adi HMD Pulse modelinə bənzəyəcək. Belə ki, HMD Pulse Pro modeli yastı gövdəni və müvafiq olaraq yastı ekranı əldə edəcək.
         Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə düzbucaq formasında kamera sahəsi yerləşəcək və həmin sahənin daxilində iki ədəd kamera ilə LED işıqlandırma olacaq. Gözləntilərə əsasən HMD Pulse Pro smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1480x720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunacaq və Unisoc T606 prosessoru vasitəsilə çalışacaq. HMD Pulse smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş