main-post-cover

    HMD Vibe Pro smartfonu barəsində məlumatlar verilib

    Cihazlar+
    17.09.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti aprel ayının sonunda öz brendi çərçivəsində HMD Vibe adlı büdcəli smartfonunu təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət HMD Vibe adlı büdcəli smartfonun daha təkmilləşdirilmiş versiyası üzərində çalışır. Söhbət, HMD Vibe Pro-dan gedir. İnsayderlər bildiriblər ki, HMD Vibe Pro smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.56 düym ölçülü ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi HMD Vibe modelində ekran ölçüsü eyni olsa da onda ekran keyfiyyəti HD+ təşkil edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, HMD Vibe Pro smartfonunda adi HMD Vibe modelinin prosessorundan istifadə ediləcək.
         Söhbət, Snapdragon 680-dən gedir. Lakin HMD Vibe modeli 6 GB RAM-a sahib olduğu halda HMD Vibe Pro modeli 8 GB RAM-a sahib olacaq. Pro modelin adi modeldən əsas fərqi batareyada olacaq. HMD Vibe Pro modeli 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi HMD Vibe-da batareya həcmi 4000 mAh təşkil edir. Pro model üstəlik daha təkmilləşdirilmiş kameraları əldə edəcək. Belə ki, adi HMD Vibde modeli 15 MP + 2 MP ikili arxa kamera ilə 5 MP-lik ön kameraya sahib olduğu halda HMD Vibe Pro modeli 50 MP + 2 MP ikili arxa kamera ilə 50 MP-lik ön kameraya sahib olacaq. HMD Vibe Pro-nun nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Modul tipli HMD Fusion smartfonu təqdim edilib - QİYMƏTİ
    modul-tipli-hmd-fusion-smartfonu-teqdim-edilib-qiymeti
    Əfsanəvi Nokia Lumia 1020-nin davamçısı hazırlanır
    efsanevi-nokia-lumia-1020-nin-davamcisi-hazirlanir
    HMD Hyper smartfonu 4 gövdə rəngində əks olunub
    hmd-hyper-smartfonu-4-govde-renginde-eks-olunub
    HMD Global şirkəti Nokia N9 dizaynında daha bir smartfonu təqdim edəcək
    hmd-global-sirketi-nokia-n9-dizayninda-daha-bir-smartfonu-teqdim-edecek
    HMD Hyper smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    hmd-hyper-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib