Honor 200 smartfonlarının hansı prosessorlara və hansı gücdə sürətli şarj texnologiyasına sahib olacaqları məlum olub
Cihazlar+
02.05.2024
Farid Pardashunas
Honor şirkəti keçən ay Avropada Honor 200 smartfon seriyasının ilk modelini təqdim etdi. Söhbət, Honor 200 Lite-dan gedir. İndi isə şirkət Çində Honor 200 seriyasının əsas modellərini təqdim etməyə hazırlaşır. Söhbət, Honor 200 və Honor 200 Pro-dan gedir. Məlum olub ki, bu smartfonlar Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçiblər. Onlar ELP-AN00 və ELI-AN00 model nömrələrinə sahibdirlər. Lakin bu model nömrələrindən hansının Honor 200-ə, hansının isə Honor 200 Pro-ya aid olduğu bilinmir.
Sertifikatlaşdırma agentliyinin məlumatlar bazası sayəsində məlum olub ki, hər iki smartfon 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bundan əlavə olaraq ortaya çıxmış yeni məlumata əsasən adi Honor 200 modeli Snapdragon 8s Gen 3 prosessoru, Honor 200 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Honor 100 modeli Snapdragon 7 Gen 3 prosessoru, Honor 100 Pro modeli isə Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. Digər bir məlumata əsasən Honor 200 Pro modeli kənarları əyilmiş dizaynda hazırlanmış ekranı və ikili ön kameranı əldə edəcək. Honor 200 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor 200 Lite smartfonunun xarici görünüşü sərgilənib və təqdimat tarixi açıqlanıb
Honor 200 Lite smartfonunun xarici görünüşü sərgilənib və təqdimat tarixi açıqlanıb
Honor şirkəti bu il Honor 200 smartfon seriyasını təqdim edəcək. Lakin bu seriyaya daxil olacaq Honor 200 Lite modeli digərlərindən daha tez təqdim ediləcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!