main-post-cover

    Honor 24 GB RAM-a sahib smartfonlartının təqdimatlarına hazırlaşır

    Cihazlar+
    07.12.2023
    Emil Nəcəfov
         Son zamanlarda smartfon istehsalçıları 24 GB RAM-a sahib cihazlarını təqdim etməyə başlayıblar. Görünür, bu, mobil cihazlar bazarında yeni trendə çevrilib. İndi isə məlum olub ki, sözügedən trendə həmçinin Honor şirkəti də qoşulmağa hazırlaşır. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Honor-un yaxın zamanda təqdim ediləcək iki smartfonunun 24 GB RAM-a sahib versiyaları olacaq. İnsayder bildirib ki, söhbət, Honor 90 GT Honor X50 GT smartfonlarından gedir. Honor 90 GT smartfonu Snapdragon 8+ Gen 1 və ya Snapdragon 8 Gen 2 prosessorunu əldə edəcək. Honor X50 GT-yə gəldikdə isə onun Snapdragon 888 prosessorunu əldə edəcəyi gözlənilir. Hər iki smartfon artıq bu ay ərzində təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 90 GT və Honor X50 GT smartfonları yaxın zamanda təqdim oluna bilərlər
    honor-90-gt-ve-honor-x50-gt-smartfonlari-yaxin-zamanda-teqdim-oluna-bilerler
    Honor Magic 6 smartfon seriyasına minimum 3 model daxil olacaq
    honor-magic-6-smartfon-seriyasina-minimum-3-model-daxil-olacaq
    Honor Magic 6 Lite smartfonu təqdim olunub
    honor-magic-6-lite-smartfonu-teqdim-olunub
    Honor Magic 6 Pro-ya aid olduğu iddia edilən foto ortaya çıxıb
    honor-magic-6-pro-ya-aid-oldugu-iddia-edilen-foto-ortaya-cixib
    Honor X50 GT-nin yenilənmiş versiyası təqdimata hazırlaşır
    honor-x50-gt-nin-yenilenmis-versiyasi-teqdimata-hazirlasir