
Honor 400 smartfonları 7000 mAh-dan daha böyük həcmli batareyaları əldə edə bilərlər
Cihazlar+
15.01.2025
Emil
Honor şirkəti keçən ayın əvvəlində Honor 300 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət Honor 400 seriyası üzərində çalışır. İnternetdə Honor 400 seriyası barəsində maraqlı bir məlumat ortaya çıxıb. Belə ki, ortaya çıxmış məlumata əsasən sözügedən yeni smartfon seriyasının smartfonları böyük həcmli batareyaları ilə seçiləcəklər. Məlumatda qeyd edilib ki, Honor 400 seriyasına daxil olacaq smartfonlar 7000 mAh və ondan daha böyük həcmli batareyaları əldə edəcəklər.
Nəticədə smartfonlar bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcəklər. Bununla yanaşı gözləntilərə əsasən şirkət Honor 400 smartfonlarının gövdələrini metal materialdan hazırlanmış karkas ilə təkmilləşdirməyi planlaşdırır. Bunun nəticəsində smartfonlar premium görüntünü əldə edəcəklər və onların gövdələrinin davamlılıqları daha da artacaq. Çox güman ki, Honor 400 seriyasına 3 model daxil olacaq. Honor 400, Honor 400 Pro və Honor 400 Ultra.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
