main-post-cover

    Honor 80, 80 Pro və 80 SE smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.11.2022
    Farid Pardashunas
        Honor şirkəti qatlana bilən Magic Vs smartfonu ilə yanaşı həmçinin Honor 80 smartfon seriyasını da təqdim edib. Daha öncəki məlumat sızıntılarında qeyd edildiyi kimi yeni smartfon seriyasına 3 model daxil olub: Honor 80, Honor 80 Pro Honor 80 SE. İlk öncə Honor 80 və Honor 80 Pro-dan başlayaq. Qeyd etmək lazımdır ki, adi Honor 80 modeli Honor 80 Pro-nun iki xüsusiyyətini əldə edib. Belə ki, Honor 80 Pro kimi adi Honor 80 modeli də 160 MP-lik əsas arxa kameranı və 4800 mAh enerji tutumlu batareyanı əldə edib. Xarici görünüşcə bu iki smartfon demək olar bir-birinə bənzəyir. Honor 80 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Honor 80 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1224 piksel keyfiyyətli 6.78 düym AMOLED ekran ilə təchiz olunub. Honor 80 Pro-nun ekranı üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı mövcuddur və o, ekranın yuxarı mərkəz hissəsində yerləşir.
        Xarici görünüşcə həmin çıxıntı iPhone 14 Pro modellərinin ekranlarında reallaşdırılmış Dynamic Island adlı çıxıntını xatırladır. Onu da qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Honor 80 və Honor 80 Pro həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə də sahibdirlər. Əsas texniki göstəricilər baxımından adi Honor 80 modeli Snapdragon 782G prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 160 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 122 dərəcə bucaq əhatəsi, avtofokus) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 32 MP-lik (f/2.4 diafraqma, 100 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub
        Honor 80 Pro isə Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 160 MP (f/1.8 diafraqma) + 50 MP (f/2.0 diafraqma, 122 dərəcə bucaq əhatəsi, avtofokus) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 50 MP (f/2.4 diafraqma) + 2 MP (f/2.4 diafraqma) ikili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə bu smartfon seriyasının sadələşdirilmiş modeli olan Honor 80 SE-yə keçək. Beləliklə Honor 80 SE modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Honor 80 SE-də NFC çip mövcud deyil. Honor 80 və Honor 80 Pro-dan fərqli olaraq Honor 80 SE modeli MediaTek Dimensity prosessoru vasitəsilə çalışır. Söhbət, Dimensity 900 prosessorundan gedir. Digər texniki özəlliklərə gəldikdə isə smartfon 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, bütün Honor 80 modelləri MagicOS 7.0 interfeysli Android 12 vasitəsilə çalışırlar. Smartfonlar gələn ayın əvvəlində Çində satışa çıxacaqlar. Onların qlobal versiyalarının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir. Smartfonların Çin bazarında satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 80 - 375$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 80 - 420$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 80 - 460$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 80 Pro - 490$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 80 Pro - 530$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 80 Pro - 570$
    - 8 GB RAM-a sahib Honor 80 SE - 335$
    - 12 GB RAM-a sahib Honor 80 SE - 377$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər