main-post-cover

    Honor 90 GT-nin keyfiyyətli fotosu ortaya çıxıb

    Cihazlar+
    11.12.2023
    Emil Nəcəfov
         Keçən həftə məlumat ortaya çıxmışdı ki, Honor şirkəti Honor 90 GT smartfonunun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun keyfiyyətli fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfon bənövşəyi gövdə rəngində əks olunub və o, gövdə üzərində qızılı rəngli elementlərə sahibdir. Fotodan da görmək olar ki, smartfonun arxa panelində oval formalı kamera sahəsi yerləşir və onun daxilində 3 ədəd kamera obyektivi var. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Honor 90 GT smartfonu 24 GB RAM-a sahib olacaq və onun əsas arxa kamerası özündə optik stabilizasiya funksiyasını birləşdirəcək. Bəzi məlumatlara əsasən Honor 90 GT Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Smartfon ya bu ay ərzində ya da gələn ilin əvvəli təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 Pro-nun bəzi imkanları açıqlanıb
    honor-magic-6-pro-nun-bezi-imkanlari-aciqlanib
    Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
    qatlana-bilen-smartfonlar-bazari-ele-kecirmeye-davam-edirler
    Honor Magic 6 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    honor-magic-6-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    Qatlana bilən qapaqlı Honor Magic Flip nə zaman təqdim olunacaq?
    qatlana-bilen-qapaqli-honor-magic-flip-ne-zaman-teqdim-olunacaq
    HONOR X9b - Heyrətləndirmək üçün yaradılmışdır
    honor-x9b-heyretlendirmek-ucun-yaradilmisdir