Logo
    main-post-cover

    Honor 90 GT smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.12.2023
    Emil
         Honor şirkəti daha öncə də söz verdiyi kimi Honor 90 GT smartfonunu təqdim edib. Honor 90 GT smartfonu metal materialdan hazırlanmış gövdəsi, flaqman Snapdragon prosessoru və böyük həcmli batareyası ilə fərqlənir. Beləliklə Honor 90 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor 90 GT smartfonu Snapdragon 8 Gen 2 prosessoru, 12/16/24 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 12 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 13 vasitəsilə çalışır. Honor 90 GT yaxın günlər ərzində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Çin bazarında isə satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 377$
    - 16 GB RAM + 256 GB yaddaş - 406$
    - 16 GB RAM + 512 GB yaddaş - 448$
    - 24 GB RAM + 1 TB yaddaş - 518$.
    Paylaş