
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Cihazlar+
14.06.2024
Emil
Dünən Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonu Honor Magic V Flip-i təqdim etdi. İndi isə şirkət öz növbəti qatlana bilən smartfonu üzərində çalışır. Söhbət, Honor Magic V3-dən gedir. Bu barədə məlumatı Honor şirkətinin CEO-su Zhao Ming təqdim edib. Onun sözlərinə əsasən sözügedən yeni smartfon hal-hazırda şirkət daxilində aktiv hazırlanma mərhələsindədir.
Qeyd etmək lazımdır ki, Honor Magic V3 smartfonu keçən ilki Honor Magic V2-nin davamçısı olacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat yoxdur. Lakin çox güman ki, Honor Magic V3-ün təqdimatı bu ilin sonuna kimi baş tutacaq. Çox güman ki, Honor-un bu yeni qatlana bilən smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə ya 5000 mAh ya da 5000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
