
Honor Band 9 smart qolbağı qlobal bazarda satışa çıxacaq
Cihazlar+
29.03.2024
Emil
Honor şirkəti bir neçə gün bundan öncə Çində Honor Band 9 smart qolbağını təqdim etdi. İndi isə məlum olub ki, sözügedən smart qolbaq üstəlik qlobal bazarda da satışa çıxacaq. Belə ki, smart qolbaq RHE-B19 model nömrəsi ilə TDRA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, Honor Band 9-un qlobal bazarda təqdimatı artıq çox yaxındır. Çox güman ki, smart qolbağın qlobal versiyası texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənməyəcək. Qlobal bazarda Honor Band 9-un hansı qiymətə satılacağı məlum deyil. Lakin Çin bazarında bu smart qolbaq 35$-a satılır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
