
Honor ilə Porsche Design birgə hazırladıqları xüsusi smartfonun təqdimatına hazırlaşırlar
Cihazlar+
22.12.2023
Emil
Honor şirkəti bir neçə müddət bundan öncə Porsche Design komandası ilə əməkdaşlığını elan etmişdi. Görünür, hər iki tərəfin birgə hazırladığı smartfon yaxın zamanda təqdim olunacaq. Honor şirkəti Porsche Design komandası ilə birgə hazırlanmış smartfonun tizer posterini Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edib. İki tərəf arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış xüsusi smartfonun adı hələ bilinmir. Bəzi məlumatlara əsasən söhbət, gələn ilin əvvəlində təqdim olunacaq Honor Magic 6-nın xüsusi versiyasından gedir. Onun Honor Magic 6 Porsche Design adını əldə edəcəyi güman edilir. Gözləntilərə əsasən sözügedən smartfon kənarları əyilmiş dizaynda reallaşdırılmış OLED ekran və Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunmalıdır.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
