Honor Magic 5 Ultimate flaqman smartfonunun real fotoları ortaya çıxıb

Honor Magic 5 Ultimate flaqman smartfonunun real fotoları ortaya çıxıb

Mobil Cihazlar
01.03.2023 PAYLAŞIM

    Hal hazırda Barselonada keçirilən MWC 2023 sərgisinin ilk günündə Honor şirkəti Magic 5 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Magic 5Magic 5 Pro modelləri daxil oldu. İndi isə internetdə Magic 5 Ultimate modelinin real fotoları ortaya çıxıb. Honor Magic 5 Ultimate modelinin texniki özəllikləri barəsində dəqiq bir məlumat yoxdur. Lakin çox güman ki, smartfon texniki göstəricilər baxımından Magic 5 Pro ilə eyni olacaq.


    Xarici görünüş məsələsində Ultimate ilə Pro arasındakı əsas fərq ondan ibarətdir ki, Ultimate modelinin arxa paneli dəri örtüyə sahib olacaq. Magic 5 Ultimate modelinin MWC 2023 sərgisində təqdim olunmaması o deməkdir ki, sözügedən smartfon böyük ehtimal ilə qlobal bazarda satılmayacaq. Çox güman ki, bu model yalnız Çin bazarı üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Magic 4 Ultimate modeli Magic 4 ilə Magic 4 Pro-nun təqdimatından 3 həftə sonra təqdim edilmişdi. Burdan da belə qənaətə gəlmək olar ki, Magic 5 Ultimate yaxın zamanda təqdim olunmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman sma..


Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqay..


Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altınd..


iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqi..

Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəc..


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..

×