main-post-cover

    MWC 2023: Honor Magic 5 və Magic 5 Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.02.2023
    Farid Pardashunas
        Honor şirkəti MWC 2023 sərgisindəki təqdimat tədbiri zamanı qatlana bilən Honor Magic Vs smartfonu ilə yanaşı həmçinin Honor Magic 5 smartfon seriysını da təqdim edib. Sözügedən seriyaya Magic 5Magic 5 Pro modelləri daxil olublar. Təqdim edilmiş bu smartfonlar xarici görünüşcə bir-birilərindən bir qədər fərqlənirlər. Smartfonlar arasında fərqlilik həmçinin onların texniki özəlliklərini də əhatə edir. İlk öncə Honor Magic 5 modelindən başlayaq. Beləliklə adi Magic 5 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 26x881224 piksel keyfiyyətli 6.73 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Həmçinin ekrana optik barmaq izi skanı texnologiyası quraşdırılıb. Adi Magic 5 modeli kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini özündə birləşdirir.
        Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8 Gen 2 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 54 MP (f/1.9 difraqma) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 122 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.4 diafraqma, optik stabilizasiya, 2.5 qat optik zoom, 50 qat rəqəmsal zoom) üçlü arxa kamera, 12 MP-lik  (f/2.4 diafraqma, 100 dərəcə bucaq əhatəsi) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə keçək Honor Magic 5 Pro smartfonuna. Magic 5 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2848x1312 piksel keyfiyyətli 6.81 düym LTPO AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib. Onu da qeyd etmək lazımdır ki, Magic 5 Pro-nun ekranı IMAX sertifikatına sahibdir və HDR10+ kontentləri əks etdirə bilir.
        Üstəlik ekrana ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı texnologiyası inteqrasiya edilib. Magic 5 Pro modeli IP68 standartı üzrə sudan qorunur və özündə kontaktsz ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 122 dərəcə bucaq əhatəsi) + 50 MP (f/3.0 diafraqma, optik stabilizasiya, 3.5 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kamera, 12 MP + 3D (100 dərəcə bucaq əhatəsi) ikili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh (Çin versiyada 5450 mAh) enerji tutumlu batareya ilə təchiz olunub. Magic 5 Pro modeli həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Qeyd etmək lazımdır ki, həm Magic 5 həm də Magic 5 Pro MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfonlar bu ilin ikinci rübündə satışa çıxacaqlar. Magic 5 Pro modeli 899 avroya, Magic 5 Pro isə 1199 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər