Logo
    main-post-cover

    Honor Magic 5 Ultimate smartfonunun fotosu təqdim edilib

    Cihazlar+
    28.02.2023
        Dünən Honor şirkəti MWC 2023 sərgisi çərçivəsində Honor Magic 5 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya iki ədəd smartfon daxil olub: Honor Magic 5 Magic 5 Pro. Lakin təqdimatdan bir neçə müddət öncə məlumat ortaya çıxmışdı ki, Honor Magic 5 seriyasına 3 smartfon modeli daxil olacaq və üçüncü model Magic 5 Ultimate olacaq. Nəticədə şirkət 3 smartfon əvəzinə 2 smartfon təqdim etdi. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində Magic 5 Ultimate modelinin press fotosunu təqdim edib.
        Təqdim edilmiş fotoda Magic 5 Ultimate modeli iki fərqli rəngdə əks olunub. Fotodan da görmək olar ki, Magic 5 Ultimate modeli üçlü arxa kameraya sahibdir və həmin kameralar digər Magic 5 modellərində olduğu kimi xüsusi dairəvi sahənin daxilində yerləşiblər. Smartfonun ön paneli isə Magic 5 Pro-dan heç fərqlənmir. Onun da ekranının yuxarı sol hissəsində Magic 5 Pro-da olduğu kimi ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı mövcuddur. Çox güman ki, Honor şirkəti Magic 5 Ultimate modelini ayrıca tədbirdə təqdim edəcək. Bu modelin eksklüziv olaraq Çin bazarında satılacağı da istisna deyil.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor Magic 5 Ultimate smartfonunun fotosu təqdim edilib | Technote