
Honor Magic 6 Porsche Design smartfonunun fotosu təqdim edilib
Cihazlar+
15.03.2024
Emil
Honor şirkətinin 18 mart tarixində təqdim edəcəyi yeganə smartfon Honor Magic 6 Ultimate Edition olmayacaq. Belə ki, həmin tarixdə həmçinin Honor Magic 6 Porsche Design smartfonu da təqdim ediləcək. İndi isə insayderlər Honor Magic 6 Porsche Design modelinin xarici görünüşünü sərgiləyiblər. Onlar tərəfindən təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Məlumatda qeyd edilib ki, fotoda əks olunan smartfon Frozenberry adlı gövdə rənginə sahibdir. Bununla yanaşı fotodan da görmək olar ki, Honor Magic 6 Porsche Design-ın arxa panelində 6 bucaqlı kamera sahəsi yerləşəcək. Onun daxilində isə 3 ədəd kamera obyektivi və LED işıqlandırma olacaq. Gözləntilərə əsasən Honor Magic 6 Porsche Design smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
