main-post-cover

    Honor Magic 6 Ultimate Edition-un əsas kamerası barəsində rəsmi məlumat verilib

    Cihazlar+
    13.03.2024
    Emil Nəcəfov
         Artıq məlumdur ki, Honor şirkəti 18 mart tarixində Honor Magic 6 Ultimate Edition smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmasına baxmayaraq şirkət sözügedən smartfon barəsində məlumatlar verməyə davam edir. Şirkət Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında bildirib ki, Honor Magic 6 Ultimate Edition smartfonu OmniVision OV50K adlı 1 düym ölçülü əsas arxa kameraya sahib olacaq. Sözügedən kamera 50 MP-likdir və o, dəyişkən diafraqma (f/1.4-f/2.0) özəlliyinə sahibdir. Daha öncəki məlumat sızıntılarına əsasən Honor Magic 6 Ultimate Edition 6.8 düym OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Band 9 smart qolbağı təqdimata hazırlaşır
    honor-band-9-smart-qolbagi-teqdimata-hazirlasir
    Honor Magic 6 Ultimate Edition-un xarici görünüşü sərgilənib
    honor-magic-6-ultimate-edition-un-xarici-gorunusu-sergilenib
    Honor Magic 6 Ultimate Edition premium smartfonun təqdimatı anons edilib
    honor-magic-6-ultimate-edition-premium-smartfonun-teqdimati-anons-edilib
    Honor da öz smart üzüyünü hazırlayır
    honor-da-oz-smart-uzuyunu-hazirlayir
    Honor ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışdığını rəsmi şəkildə təsdiqləyib
    honor-ilk-qatlana-bilen-qapaqli-smartfonu-uzerinde-calisdigini-resmi-sekilde-tesdiqleyib