
Honor Magic 6 Ultimate Edition-un yeni fotoları təqdim olunub
Cihazlar+
13.03.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder 18 mart tarixində təqdim olunacaq Honor Magic 6 Ultimate Edition smartfonunun yeni fotolarını təqdim edib. Təqdim edilmiş yeni fotolarda sözügedən smartfonun arxa paneli ilə yanaşı ön paneli də əks olunub. Məlumata əsasən Honor Magic 6 Ultimate Edition bazarda iki gövdə rəngində satışa çıxacaq. Sky Purple və Rock Black. Hər iki gövdə rəngi versiyasında smartfonun arxa paneli süni dəri örtüyünə sahib olacaq. Fotolardan da görmək olar ki, smartfon özündə kənarları əyilmiş dizaynda hazırlanmış ekranı birləşdirəcək. Onun arxa panelində isə 3 ədəd kamera obyektivi yerləşəcək.


Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
