
Honor Magic 7 Lite smartfonu təqdimata hazırlaşır
Cihazlar+
20.12.2024
Emil
Honor şirkəti oktyabr ayında Honor Magic 7 və Magic 7 Pro smartfonlarını təqdim etmişdi. İndi isə şirkət bu smartfon seriyasına daxil olacaq daha bir smartfonun təqdimatına hazırlaşır. Söhbət, Honor Magic 7 Lite modelindən gedir. Məlum olub ki, bu yeni smartfon Honor-un İtaliya üzrə saytında ortaya çıxıb. Bu isə Honor Magic 7 Lite smartfonunun yaxın zamanda Avropa bazarında satışa çıxacağından xəbər verir.
Smartfonun şirkət saytında ortaya çıxması sayəsində məlum olub ki, o, bazara iki gövdə rəngində satışa çıxacaq. Titanium Purple və Titanium Black. Bununla yanaşı smartfon 8 GB RAM-a və 256/612 GB daxili yaddaş həcminə sahib olacaq. Smartfonun hansı qiymətə satılacağı bilinmir. Daha öncəki məlumat sızıntılarına inansaq, Honor Magic 7 Lite smartfonu 6.78 düym ölçülü OLED ekranla təchiz olunacaq və özündə 108 MP-lik əsas arxa kamera ilə 6600 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
